Open with AZS — Azerbaijan Stickers
Handmade product on the AZS Stickers store. Order in the app and arrange details with the seller on WhatsApp.
Toxumağa başlamaq istəyirsiniz, amma hardan başlayacağınızı bilmirsiniz? Evdə oturanda ürəyiniz sıxılır və fərqli bir məşğuliyyət axtarırsınız? Əzizləriniz üçün öz əllərinizlə hədiyyə hazırlamaq istəyirsiniz? Və ya sadəcə vaxtınızı daha sakit, daha rahat keçirmək istəyirsiniz? O zaman doğru yerdəsiniz 🌿 **Bombiş Amigurumi Paketləri ilə bu yol çox asanlaşır…** Siz ilk dəfədir toxumağa başlayırsızsa, başlayanda sizə çətin görünsədə vaz keçməyin davam edin. Özünüzə sakit vaxt ayırın, diqqətinizi verin. Bitirdikdən sonra, "mən bunu özüm etdim" deyəndə hiss etdiyiniz öz güvən hissi əvəzolunmaz olacaq sizinüçün✨💫 “Məstan Pişik” özü ilə uğur və müsbət enerji daşıyan bir xarakter kimidir 🐱✨ Bir az sirli, bir az şanslı, insanın içini yaxşı hisslərlə dolduran bir vibe yaradır. Bu paket də elə o enerjini daşıyır — toxuduqca daha yaxşı, və şanslı hiss edirsən.✨ İçində lazım olan hər şey var: saplar, milçə, sintifon, gözlər, iynə və bütün detallar. Sadəcə paketi açırsınız və başlayırsınız. Addım-addım videolar və qısa izahlar sizi rahatlıqla yönləndirir. Çətinlik olarsa WhatsApp üzərindən də kömək ala bilərsiniz. Bu sadəcə pişik deyil… sizin “bacardım” və yaxşı hissinizdir 🐱✨ Qeyd: Ölkədaxili çatdırılma ödənişsizdir💫
Open with AZS — Azerbaijan Stickers
Handmade product on the AZS Stickers store. Order in the app and arrange details with the seller on WhatsApp.