Open with AZS — Azerbaijan Stickers
Products
Bombiş – amigurumi toxuma dəstləri və əl işi məhsullar hazırladığım yerli brenddir. Mən həm yeni başlayanlar, həm də fərqli və yaradıcı hobbi axtaran insanlar üçün xüsusi hazırlanmış Bombiş setləri təqdim edirəm. Setlərin içərisində oyuncağı hazırlamaq üçün lazım olan əsas materiallar – iplik, milçə, doldurucu, gözlər, iynə və addım-addım izahlı təlimat mövcuddur. Məqsədim sadəcə məhsul satmaq deyil, insanlara öz əlləri ilə nəsə yaratmağın sevincini yaşatmaqdır. Bombiş setləri yalnız toxuma öyrənmək istəyənlər üçün deyil; vaxtını səmərəli keçirmək, gündəlik stresdən uzaqlaşmaq, telefondan və sosial şəbəkələrdən bir qədər ayrılıb yaradıcı məşğuliyyət tapmaq istəyənlər üçün də ideal seçimdir. Bir çox insan üçün toxuma prosesi həm rahatladıcı, həm də motivasiyaedici bir məşğuliyyətə çevrilir. Hazırlanan oyuncaqlar isə həm şəxsi istifadə, həm də sevdiklərə xüsusi hədiyyə kimi dəyərlidir. Bombiş seriyasına müxtəlif xarakterlərə sahib amigurumi dəstləri daxildir: Şirincə Dovşan, Utancaq Panda, Vı Vız Arı və Məstan Pişik. Hər bir set özünəməxsus rəng seçimi və dizaynı ilə hazırlanıb ki, proses həm əyləncəli, həm də maraqlı olsun. Bundan əlavə, fərdi amigurumi sifarişləri də qəbul edir və istəyə uyğun əl işi oyuncaqlar hazırlayıram. Hazırda satışlarımı əsasən onlayn şəkildə həyata keçirirəm. Bütün məhsullar sevgi, diqqət və keyfiyyətə önəm verilərək hazırlanır və qablaşdırılır. Bombiş mənim üçün sadəcə bir əl işi layihəsi deyil, insanlara yaradıcılıq hissini yaşadan və onlara özlərinə vaxt ayırmaq imkanı verən xüsusi bir hobbidir. 🌸
Open with AZS — Azerbaijan Stickers